Hollandiya fiasko etdi, kapitanı yığmadan getdi
21.06.2012 - 08:40
Hollandiya millisinin kapitanı Mark van Bommel yığma karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, son illərdə oynadığı “Milan”la da yollarını ayıran 36 yaşlı yarımmüdafiəçi yığmadan getdiyini açıqlayıb. O, gələcəkdə millidə məşqçi kimi təmsil olunmaq istəyir: “Düzünə, qalsa, mən yığmadan getmək istəmirəm. Ola bilər ki, gələcəkdə milli komandaya məşqçi kimi lazım olacağam. Onda qərarıma yenidən baxacağam. Ancaq indi hesab edirəm ki, artıq gənclərə yol açmağın vaxtıdır”.
Mark davam edən Avropa çempionatında hər 3 oyunda uduzaraq, fiaskoya uğrayan yığmasında 2000-ci ildə çıxış edərək, 79 matçda oynayıb.
Qeyd edək ki, turnirdə çıxışlarını bitirdikdən sonra Ukrayna yığmasının hücumçuları - kapitanı Andrey Şevçenko ilə Andrey Voronin, İsveç millisinin müdafiəçisi Olaf Mellberq van Bommelin qərarına düşdülər.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0