“Qalatasaray”ın futbolçusu yığmadan getdi
22.06.2012 - 10:08
Çexiya milli komandasının futbolçusu Milan Baroş yığma karyerasını bitirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, bunu hücumçunun millidəki komanda yoldaşı Daniel Kolarj açıqlayıb.
Yarımmüdafiəçi bildirib ki, Türkiyənin “Qalatasaray” klubunda çıxış edən Baroş AVRO-2012-nin 1/4 final mərhələsinin Portuqaliya ilə oyunundan sonra milli karyerasını bitirəcəyini deyib: “Biz soyunub-geyinmə otağına daxil olanda, Baroş yığmadan getdiyini elan etdi. Həmin emosional epizodda çoxları az qala ağlayırdı. Biz az qala 5 dəqiqə ayaq üstə Baroşu alqışladıq”.
Qeyd edək ki, 11 il yığmada oynayan 31 yaşlı hücumçu 93 oyun keçirdiyi millidə 41 qol vurub.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0