Aleksandra Lusina Bakıda birinci oldu
25.06.2012 - 08:28
Binə Atçılıq Mərkəzində ümumi mükafat fondu 9 min 500 avro olan CSİ-1* kateqoriyalı “Sərhədçi Kuboku” uğrunda beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, gərgin və maraqlı mübarizə şəraitində keçən final yarışı poşalı çapar Aleksandra Lusinanın qələbəsi ilə nəticələnib.
O, “Kalinka MNM” ləqəbli atla bütün rəqiblərini qabaqlayıb. Azərbaycanlı çapar Seyid Musayev “Concorde 57” ləqəbli atla ikinci, “Nabab De Belou” ləqəbli atla isə üçüncü olub. Kənan Novruzov "Bill Clinton” ləqəbli atla 4-cü, Hikmət Musayev isə “Zidane D” ləqəbli atla 5-ci nəticəni göstərib.
Qeyd edək ki, konkur növü üzrə keçirilən yarışda Azərbaycan idmançıları ilə yanaşı, Polşa və Türkiyə təmsilçiləri də mübarizə aparıblar. Turniri Bolqarıstan, İran və Türkiyədən dəvət olunan hakimlər briqadası idarə edib.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0