“Biz AVRO-2012-ni məğlubiyyətsiz tərk edirik”
25.06.2012 - 08:41
“Bəxt İtaliya millisinin tərəfində oldu”. Apasport.az saytının məlumatına görə, bunu İngiltərə yığmasının baş məşqçisi Roy Hocson deyib.
Təcrübəli mütəxəssis Avropa çempionatının 1/4 finalında penaltilər seriyasında uduzduqları (2:4) İtaliya millisi ilə oyuna münasibət bildirib. Onun sözlərinə görə, ikinci hissədə yetirmələrinin oyununda yorğunluq hiss olunub: “Rəqib bundan istifadə edərək ardıcıl hücumlar qururdu. Amma biz çempionatı məğlubiyyətsiz tərk edirik. Düzdür, İtaliyaya məğlub olduq. Lakin bu, əsas vaxtda deyil, penaltilər seriyasında baş verdi. Bunun üçün də də İngiltərəyə başıuca dönəcəyik”.
Hocson penaltilərdə uduzan yetirmələrini qınamayıb: “Sözün düzü, penaltilər seriyası başlayanda qalib olacağımızı fikirləşdim. Çünki matç ərzində yaxşı çıxış etməmişdik. Ancaq futbolçularımı qınaya bilmərəm. Onların əksəriyyəti həddindən artıq yorulmuşdu. İtaliya isə penaltilər seriyasında bizdən daha dəqiq oldu və yarımfinala yüksəldi”.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0