Olimpiyaçımız Avropada yenə rəqib tanımadı - FOTO
25.06.2012 - 09:28
Azərbaycan kanoeçisi Valentin Demyanenko karyerasında 4-cü dəfə Avropa çempionu olub. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 29 yaşlı idmançımız növbəti uğuruna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən kayak və kanoe üzrə qitə çempionatında imza atıb.
Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə 38,752 saniyə nəticə ilə birinci yeri tutub. Gümüş medalı ispaniyalı Alfonso Benavides (38,968), bürünc medalı isə litvalı Yevgeni Şuklin (39,060) əldə edib.
Məhz Demyanenkonun bu uğuru sayəsində Azərbaycan millisi Avropa çempionatını 1 qızıl medalla başa vurub.
Qeyd edək ki, London-2012-də mübarizə aparacaq Valentin əvvəllər 3 dəfə - 2005, 2009, 2011-ci illərdə dünya çempionu, 3 dəfə - 2009 və 2011-ci illərdə 200 metr və 500 metr məsafələrdə yürüşlərdə Avropa çempionu olub.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0