Güləşçilərimiz Dortmunda gedirlər
25.06.2012 - 19:04
İyunun 30-da Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnirə start veriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda hər iki güləş növü üzrə ümumilikdə 6 idmançımız iştirak edəcək.
Baş məşqçi Salih Boranın rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) olimpiada öncəsi son turnirdə qüvvələrini sınayacaqlar.
4 sərbəst güləşçimiz isə Almaniyada baş məşqçi Saypulla Absaidovun rəhbərliyi altında çıxış edəcək, Əsas diqqət 74 kq çəki dərəcəsinə yönələcək. Çünki bu çəkidə Londonda ölkəmizi təmsil etməyə 2 güləşçi - Əşrəf Əliyev və Aleksandr Qostiyev iddia edir. Bu baxımdan Almaniya turniri bir çox suallara aydınlıq gətirə bilər. Bundan başqa, Hacı Əliyev (60 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) də Dortmundda mübarizə aparacaqlar.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0