İspaniya yığması yenə finalda
28.06.2012 - 01:30
Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün yarımfinal mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə daha bir qarşılaşma baş tutub.
Son dünya və Avropa çempionu İspaniya millisi titulunu qorumaq yolunda inamla irəliləyir. İspanların bu dəfəki rəqibi isə ən yaxın qonşuları Portuqaliya yığması olub.
Son dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olan Portuqaliyanın bu dəfə hansı aqibətlə üzləşəcəyi isə böyük maraq doğururdu. Kriştiano Ronaldonun komandası finala yüksələcəyi təqdirdə 2004-cü ildəki uğurunu təkrarlamış olacaqdı.
Lakin Son Avropa çempionları buna imkan verməyiblər. Oyunun əsas vaxtında hesab açılmadığından əlavə hissəyə ehtiyac duyulub ki, burada qapılara top vurulmayıb. Oyundan sonra təyin olunan penaltilər seriyasında daha dəqiq oynayan ispanlar yenidən finala yüksəliblər - 4:2.
Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinə bu axşam keçiriləcək Almaniya - İtaliya matçından sonra aydınlıq gələcək.
AVRO-2012
Final mərhələsi
1/2 final
PORTUQALİYA – İSPANİYA - 0:0 Penaltilərlə - 2:4
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Donetsk. “Donbass-Arena” stadionu
Portuqaliya: Patrisio, Pereyra, Pepe, Bruno Alveş, Koentrao, Meyreleş (Varela, 112), Veloso (Kuştodio, 105), Moutinyo, Nani, Ronaldo, Almeyda (Oliveyra, 81)
İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Alba, Xavi.H (Pedro, 86), Buskets, Xabi Alonso, David Silva (Navas, 60), A.İniesta, Neqredo (Fabreqas, 53)

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0