Xavyer Junior: “Bakı” da mərhələ keçəcək
11.07.2012 - 23:03
“Əhval-ruhiyyəmiz çox yaxşıdır. Yaxşı məşqlər edirik və oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edəcəyik”. Bu sözləri apasport.az saytının Sloveniyaya ezam olunan əməkdaşına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Xavyer Junior deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün “Mura” ilə qarşılaşacaq paytaxt təmsilçisi iki gündür məşqlərini Sloveniyada həyata keçirir. Qarşısına növbəti mərhələyə adlamaq məqsədi qoyulan “zolaqlılar” rəqibi səfər meydanında tilsimə salmaq istəyir.
“İnter” və “Xəzər Lənkəran”ın artıq II mərhələyə adlaması da təmsilçimiz üçün əlavə stimul olub. Bunu yarımmüdafiəçi də təsdiqləyib: “Təbii ki, buna çox sevindim. Azərbaycanın iki klubunun artıq növbəti mərhələyə adlaması böyük uğurdur. Bunun davamını biz gətirəcəyik. Ümid edirəm ki, mərhələ keçən komandalar arasında “Bakı”nın adına da rast gələcəksiz”.
Artıq iki gündür Lendava şəhərində məskunlaşan komandamız məşqlərini güclü yağış altında reallaşdırır. Futbolçu bu cür hava şəraitinin oyuna təsirsiz ötüşməyəcəyini deyib: “Yağışlı hava şəraiti hardasa oyunumuza mənfi təsir göstərəcək. Amma bu məqsədimizə gedən yolda maneə olmamalıdır. Havanın necə olmasından asılı olmayaraq, mütləq mərhələ adlamalıyıq”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışına start verilir
- Roland Hofer: “Maraqlı yarış keçməsini arzulayıram”
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
0
0