Millimizin kapitanı: Vüqar Həşimovun xəstəliyi ciddidir
24.10.2012 - 13:41
Azərbaycan millisinin kapitanı Vladimir Tukmakov səhhətində problem yaranan Vüqar Həşimovun Qran-Pri turnirinə qatılmamağına münasibət bildirib. Apasport.az-ın Rusiyanın chess-news.ru saytına istinadən məlumatına görə, ukraynalı mütəxəssis qrossmeysterimizin karyerasını nə vaxt bərpa edəcəyi vaxtı dəqiq söyləməyib.
Tukmakov bildirib ki, hazırda əsas Həşimovun oynaması yox, onun sağlamlığıdır: “Təəssüf ki, Vüqarın xəstəliyi biz istədiyimizdən ciddi oldu. Hansısa proqnozlar vermək... Mən həkim deyiləm. Ancaq daim onun ailəsi ilə əlaqə saxlayıram, son durumu ilə maraqlanıram. Lakin dəqiq deyə bilmərəm ki, Vüqar yarışlara nə vaxt qatılacaq. İndi əsas məsələ onun sağalmasıdır. Bundan sonra artıq şahmatdakı keçmiş səviyyəsini bərpası barədə düşünmək olar. Əlbəttə, bunu hər birimiz istəyirik”.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0