Milli komandanın baş məşqçisi istefaya göndərildi
06.11.2012 - 09:27
Şotlandiya milli komandasının baş məşqçisi Kreyq Leveyn istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, Şotlandiya Futbol Assosiasiyasının (ŞFA) rəhbərliyi çalışdırıcını yığmanın 2014-cü il dünya çempionatının seçmə mərhələsində uğursuz startı ilə əlaqədar vəzifəsindən azad etməyi qərara alıb.
Belə ki, Belçika, Xorvatiya, Serbiya, Makedoniya və Uels yığmaları ilə bir qrupda yer alan şotlandiyalılar cəmi 2 xal toplayıb. Leveynin müqaviləsi 2014-cü ilin yayına kimi idi. Buna görə də ŞFA mütəxəssislə müqaviləni birtərəfli şəkildə pozduğuna görə 700 min funt sterlinq təzminat ödəməlidir.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0