Yığmamız Yunanıstanda 7 medal qazandı
08.04.2013 - 10:01
Yunanıstanın Saloniki şəhərində keçirilən cüdo üzrə İliadis kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 20 ölkənin qatıldığı yarışda Azərbaycan yığması 7 medal qazanıb.
Belə ki, millimizin heyətində ən yaxşı nəticəni Mehman Sadıqov (55 kq) göstərib. Bütün görüşlərində ipponla qalib gələn həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, yalnız finalda uduzan Cəlil Cəlilov (66 kq) gümüş medalla kifayətlənib. Telman Vəliyev (60 kq), Afiq Səfərli (73 kq), Məhəmmədəli Mehdiyev (81 kq), Firudin Dadaşov (90 kq) və Andrey Fatiyev (+100 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, millimiz komanda hesabında 6-cı yeri tutub.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0