Yığmamızdan imtina edən idmançı ciddi cəzalana bilər
16.04.2013 - 10:01
Yığmamızdan imtina edən idmançı ciddi cəzalana bilər
Ağırlıqqaldırma üzrə Azərbaycan millisindən imtina edən Boyanka Kostovanı ciddi cəza gözləyir. Apasport.az saytının məlumatına görə, buna səbəb milliləşdirilmiş legionerin vətəni Bolqarıstanın milli çempionatında iştirak etməsidir.

Belə ki, London Olimpiadasında ölkəmizin şərəfini qorumuş Kostova Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) razılığı olmadan Bolqarıstanda turnirdə iştirak edib. Bu da idman funksionerlərimiz tərəfindən narazılıqla qarşılanıb. Nəticədə AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına şikayət məktubu göndərib. Qurumun bu müraciətə baxaraq, Boynaka ilə sərt qərar verəcəyi gözlənilir. Lakin onun cəzası hələ bilinmir.

Qeyd edək ki, Boyankanın millimizlə 2014-cü ilin sonuna kimi müqaviləsi var.