Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
İdmançılar yarımfinalda, müvafiq olaraq, ukraynalı Oksana Livaç və polşalı Gil Patrisiya ilə qarşılaşacaqlar.
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kiloqram) isə təsəlliverici görüşdə gürcüstanlı Gela Bolkvadzeyə 0:9 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq