“Fənərbaxça”nın sabiq futbolçusu Aleks de Souza məşqçilik karyerasını Braziliyanın “Fortaleza” klubunda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Braziliyanın “Globo” nəşri məlumat yayıb.
Braziliya II Liqasında mübarizə aparan klub hazırda “Atletik”i çalışdıran 49 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.
“Fortaleza”nın Aleksə 1 illik müqavilə təklif etməyi planlaşdırdığı bildirilir. Braziliyalı mütəxəssis də mümkün təklifə müsbət yanaşır.
Aleks bu mövsüm “Atletik”in sükanı arxasında keçirdiyi 42 oyunda 14 qələbə, 14 heç-heçə və 14 məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, “Atletik” Braziliya II Liqasında 37 oyundan sonra 47 xalla 14-cü, “Fortaleza” isə 62 xalla 5-ci pillədə qərarlaşıb. Aleks de Souza daha əvvəl “Antalyaspor”, “Operario”, “Avai” və “San-Paulu”nun U-20 komandasında çalışıb.