Fransa millisində ciddi itki: Heyətdən çıxarıldı
11.11.2026 - 09:04
Fransa millisində ciddi itki: Heyətdən çıxarıldı

Fransa millisinin yarımmüdafiəçisi Orelien Çuameni zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Real Madrid”də çıxış edən 26 yaşlı futbolçu sağ qasıq nahiyəsindən aldığı zədə səbəbindən milli komandanın heyətindən çıxarılıb.

Çuameni bu gün Madridə qayıdaraq əlavə tibbi müayinələrdən keçəcək. Müayinələrin nəticəsindən sonra onun zədəsinin ağırlıq dərəcəsi və yaşıl meydanlardan nə qədər uzaq qalacağı müəyyənləşəcək.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 12-də səfərdə İtaliya, noyabrın 15-də isə doğma meydanda Türkiyə ilə qarşılaşacaq. Çuameni zədəsi səbəbindən hər iki oyunu buraxacaq.