Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan yığmasının 3 cüdoçusu finala yüksəlib.
Hidayət Heydərov (73 kq), Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kq) bütün rəqiblərinə qalib gələrək, həlledici görüşdə iştirak hüququna yiyələniblər.
H.Heydərov yarımfinalda komanda yoldaşı Rəşid Məmmədəliyevi məğlub edib. R.Məmmədəliyev bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
Ömər Rəcəbli ilə Zelim Tçkayev isə finalda üz-üzə gələrək, qalibi müəyyənləşdirəcəklər.
Bu gün yarışa qoşulan digər cüdoçular Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq), Nurlan Osmanov (73 kq), İbrahim Əliyev (73 kq) və Səid Mollayi (81 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ