8-ci qızıl medal - Tokio-2020-də
29.08.2021 - 10:38
Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.
Apasport.az saytının məlumatına görə, millimizin heyətində Elvin Astanov çempionluq sevinci yaşayıb.
O, nüvə itələmə yarışında 8,77 m nəticə ilə birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astanov bu göstərici ilə yeni dünya rekordu da müəyyənləşdirib.
Bununla da Azərbaycan millisinin heyətində medalların sayı 10-a çatıb. Komandamızın aktivində 8 qızıl, 2 bürünc mükafat var.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0