Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteyn yığması ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb:
“Bu il UEFA Millətlər Liqasında sonuncu qarşılaşmamızı keçirəcəyik. Ardınca isə Andorra yığması ilə yoldaşlıq oyunumuz olacaq. Qrup liderliyini təmin etmək üçün Lixtenşteyn üzərində mütləq qələbə qazanmalıyıq. Rəqibin oyun üslubunu yaxşı tanıyırıq. Bakıda baş tutan görüşdə onlarla heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı çıxış etməyə çalışacaqlar.
Komandamız qarşılaşmaya tam hazırdır və futbolçular arasında əhval-ruhiyyə yüksəkdir. Premyer Liqada gərgin mübarizə davam edir, oyunçularımız da yaxşı formadadırlar. İnanıram ki, sabah meydandan istədiyimiz nəticə ilə ayrılacağıq”.
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- “Mingəçevir” yox olmaq təhlükəsi ilə üz-üzə – Komandanın taleyi necə olacaq?
- “Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
- “Qarabağ” Yankoviçlə bağlı yayılan xəbərlərə son qoydu - RƏSMİ AÇIQLAMA
- AFFA rəsmisinə beynəlxalq təyinat
- Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda