"Gəncə" basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi VI tur çərçivəsində Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edib.
Gəncə İdman Sarayında keçirilən qarşılaşma saat 19:00-da başlayıb.
Görüş rəqibin 97:66 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Gəncə" əvvəlki beş görüşün yalnız birində qələbə qazanıb. Komanda doğma meydanda Portuqaliyanın "Sportinq" klubunu 69:67 hesabı ilə məğlub edib.
Azərbaycan təmsilçisi Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstanın "Kolossos" (62:80) və Türkiyənin "Esenler Erokspor" (63:92) klublarına uduzub. "Rilski Sportist"lə (Bolqarıstan) qarşılaşmada isə "Gəncə"yə 0:20 hesablı texniki məğlubiyyət verilib.
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı