Kriştiano Ronaldodan vəfat edən futbolçunun ailəsinə böyük dəstək
12.11.2026 - 14:17
Kriştiano Ronaldodan vəfat edən futbolçunun ailəsinə böyük dəstək

Portuqaliyalı ulduz Kriştiano Ronaldo İspaniyada faciəvi şəkildə həyatını itirən futbolçu Xesus de Migelin ailəsinə maddi yardım göstərə bilər.

Apasport.az xəbər verir ki, “Transfer News Live”da yayılan məlumatlarda 41 yaşlı hücumçunun mərhum futbolçunun ailəsinin bütün xərclərini ömürlük qarşılamaq qərarına gəldiyi iddia olunur.

Bundan əlavə, portuqaliyalı ulduzun səhmlərinin 25 faizinə sahib olduğu “Almeriya” klubu mərhum futbolçunun ailəsinə dəstək göstərəcəyini rəsmən açıqlayıb. İspaniya təmsilçisi 2027-ci ilin aprelində “Tenerife”yə qarşı keçirəcəyi çempionat matçının bilet satışından əldə olunan bütün gəliri ailəyə bağışlayacaq.

Qeyd edək ki, “Tenerife”nin 30 yaşlı hücumçusu Xesus de Migel noyabrın 2-də “Andorra” ilə qarşılaşmada rəqib qapıçı ilə toqquşaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan futbolçu noyabrın 3-də vəfat edib.