Birinci vitse-prezident Mehriban Əliyeva Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.
APA-nın məlumatına görə, M.Əliyeva bununla bağlı "İnstagram" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram".
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar