
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mənzil-qərargahında vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə növbəti iclas keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda yığma komandaların məşqçiləri ilə yanaşı inzibatı heyətin əməkdaşları da iştirak ediblər.
İclasda yığma komandamızın təlim-məşq toplanışının yekunları ilə bağlı məşqçilərin hesabatı dinlənilib və gələcək yarışlara hazırlıq səviyyəsi müzakirə olunub.
İdmançıların yeni çəki dərəcələrinə keçidi və uyğunlaşma dövrünə nəzarət məsələləri ilə bağlı məşqçilər heyətinə konkret tapşırıqlar verilib. Atletlərin inkişaf dinamikası ilə əlaqədar mütəmadi hesabatların hazırlanması onlara həvalə olunub.
- "Sabah" onu əldən buraxmaq istəmir: Braziliyalıya 1 illik təklif
- Rzanı istəyən klubun adı bəlli oldu: "Neftçi"nin qapıçısı yuvadan uçur?
- Misli Premyer Liqası: “Neftçi”– “Zirə” matçının təyinatları açıqlanıb
- Azərbaycan millisinin qapıçısı: "Yığma komandamız buna layiqdir"
- AFFA rəsmisi FIFA-nın sammitində iştirak edir