AFFA aşağı yaş qrupları üzrə daha bir neçə liqalarda keçiriləcək oyunları təxirə salıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
AFFA-nın bayrağı altında təşkil edilən AFFA U-15, AFFA U-16, AFFA U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Qeyd edək ki, daha öncə həmin səbəblə bağlı bütün zonalar üzrə 22 və 23 fevral tarixlərində keçirilməsi planlaşdırılan AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13 və AFFA U-14 Liqalarının oyunları da təxirə salınıb.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım