AFFA "Şamaxı" və "Kəpəz"i cərimələdi
26.02.2026 - 15:05
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda müəyyən qərarlar qəbul olunub.
"İmişli" – "Şamaxı" oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə edilib. "Sabah" – "Kəpəz" matçının 90+8-ci dəqiqəsində isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu səbəbdən oyunçu 2 matçlıq diskvalifikasiya edilib, "Kəpəz" klubu isə 1000 manat məbləğində cərimələnib.
- İntizam Komitəsinin iclası keçirilib
- “Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
0
0