Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
29.10.2026 - 14:49
Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi

Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti Takeşi Okada vəzifəsindən istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

YFA Yaponiya millisinin sabiq baş məşqçisinin istefa ilə bağlı şəxsi bəyanatını da ictimaiyyətə təqdim edib.

Okada bəyanatında öz prinsiplərinə toxunaraq, “İdman nəcib olmalıdır” ifadəsini işlədib.

Qeyd edək ki, Takeşi Okada Yaponiya millisinə 1998 və 2010-cu illərdə keçirilən dünya çempionatlarında rəhbərlik edib. Onun çalışdırdığı komanda 2010-cu ildə Cənubi Afrikada təşkil olunan mundialda 1/8 finala yüksəlib. Yaponiya bu mərhələdə Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.