Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
29.10.2026 - 16:33
Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı

Seneqal Futbol Federasiyası milli karyerasını başa vuran “Qalatasaray”ın müdafiəçisi İsmail Yakobsla vidalaşıb.

Apasport.az xəbər verir ki, federasiya 27 yaşlı futbolçuya təşəkkür edərək sosial şəbəkə hesabında paylaşım edib.

“Seneqalın rənglərini qoruduğun və ‘Şirlər’in böyük ailəsinin bir parçası olduğun üçün təşəkkür edirik, İsmail Yakobs. Karyeranın davamında sənə uğurlar arzulayırıq”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Yakobs daha əvvəl Seneqal millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, bundan sonra diqqətini klub karyerasına və ailəsinə yönəltmək istədiyini bildirib.

Almaniyada dünyaya gələn müdafiəçi 2022-ci ildən Seneqal millisinin formasını geyinib. O, həmin il Qətərdə keçirilən dünya çempionatında da iştirak edib.