AFFA U-13 Liqasında çıxış edən komandanı yarışdan uzaqlaşdırıb
21.10.2025 - 14:18
AFFA U-13 Liqasında çıxış edən komandanı yarışdan uzaqlaşdırıb

PFA komandası AFFA U-13 Liqasından kənarlaşdırılıb.

Apasport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Oktyabrın 19-da MOİK-lə oyunda komandanın heyətində yetərsəy olmayıb və qarşılaşma baş tutmayıb.

Bu hal üç dəfə təkrarlandığı üçün PFA yarışlardan kənarlaşdırılıb.