Misli Premyer Liqasında XXI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, autsayder “Karvan-Yevlax” öz meydanında “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Görüşə saat 14:30-da start verilib. Qonaqlar rəqibini 2 cavabsız qolla məğlub edib - 2:0.
Qeyd edək ki, turun digər qarşılaşması – “Neftçi” – “Qarabağ” oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Misli Premyer Liqası
XXI tur
14:30. "Karvan-Yevlax" – "Araz-Naxçıvan" 0:2
Qol: F. Santos, 32, 51
Baş hakim: İnqilab Məmmədov
Yevlax şəhər stadionu
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 17. Samir Abdullayev 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
“Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 6. Patrik Andrade 7. Hamidu Keyta 10. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko