"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos apasport.az saytına müsahibə verib.
- “Araz-Naxçıvan” ölkə kubokunda İkinci Liqa təmsilçisi “Şahdağ-Qusar”a 4:0 hesabı ilə qalib gəldi. Oyun yəqin ki, sizing üçün asan keçdi...
- Düzdür, mən bu oyunda iştirak etmədim. Amma meydançada olan və öz rolunu yaxşı oynayan oyunçuları izlədim. Komanda yoldaşlarımın sayəsində inamlı qələbə qazandıq və növbəti mərhələyə yüksəldik Bu vacib idi. Komandamı təbrik edirəm.
- İkinci Liqa ilə Premyer Liqa klubu arasında böyük fərq hiss etdinizmi? Ümumiyyətlə, Azərbaycan Birinci Liqasını, və ya İkinci Liqanı izləyirsiniz?
- Bəli, divizionlar arasında böyük fərq var. Ümid edirəm ki, növbəti illərdə aşağı liqalardakı komandaların vəziyyəti daha da yaxşılaşacaq və Premyer Liqa klublarıyla rəqabətlləri artacaq. Amma yenə də maraqlı idi.
- "Araz-Naxçıvan” Premyer Liqada uğurla çıxış edir. Sizcə, ölkə kubokunda uğurlu çıxış edə bilərsiniz? Minimum finala vəsiqə qazanmaq mümkündür?
- Məqsədimiz mümkün qədər uzağa getməkdir. Mən “Qəbələ” ilə çempion olanda da eyni sözləri deyirdilər ki, finala çıxmağımız mümkün görünmür. Amma “Qarabağ”ı mübarizədən kənarlaşdırıb, finalda “Nefçi”ni məğlub etmişdik. Ümid edirəm ki, bu yeni komandam ilə də baş verəcək.
- “Araz-Naxçıvan” 1/8 final mərhələsində “Mingəçevir”lə qarşılaşacaq. Bu klub Birinci Liqada mübarizə aparır. Yəqin ki, hansısa sürpriz baş verməyəcək…
- Hazırda bütün diqqətimizi liqa oyunlarına yönəltmişik. Liqa matçından sonra kubokdakı rəqibimizi analiz edib, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq. İnanıram ki, bunu bacaracağıq.
- İki gün əvvəl “Araz-Naxçıvan” Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə müqavilə imzaladı. Bu transfer haqqında nə düşünürsən? Onunla rəqib olmusan. Qara sizə hansı dərəcədə kömək edə biləcək?
- O, ölkədə keçmişi, nailiyyətləri olan böyük futbolçudur. Hər dəfə ona qarşı oynadığımız zaman mənə hörmət edirdi, indi də komandamıza kömək etməyə gəlib. Biz hamımız bir yerdəyik və məqsədimizə doğru birləşmişik.
- Bu gün rəqibiniz “Neftçi”dir. Bu oyunda qalib gəlməyiniz realdır?
- Çətin oyun olacaq. İlk oyunda qalib gəlirdik və bir dəqiqədən az vaxt qalmışdı. Onlar feyr-pleyə əməl etmədilər və bu heç də yaxşı hərəkət deyildi. İnanıram ki, gözəl oyun nümayiş etdirib, qələbə qazanacağıq. Ümidvaram, onların etdiyi bu ədalətsizlik bir daha təkrarlanmaz. Diqqətimizi cəmləyəcəyik və bu əla oyun olacaq.
- Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR
- AFFA Premyer Liqa hakimləri üçün seminar keçirib
- Elhad Nəziri: “Futbolçular bu hesaba görə mənə cavab verəcəklər”
- “Cəbrayıl”da nə baş verir? - Klubun 90 faizinin maaşları kəsilib
- Millimizin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri açıqlanıb