Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir”
14.03.2025 - 14:42
Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir”

Ayxan Abbasov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına baş məşqçi təyin edilib. 

Apasport.az xəbər verir ki, təcrübəli baş məşqçi yeni təyinatı ilə bağlı AFFA-nın rəsmi saytına danışıb:

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.