Misli Premyer Liqasının XIX turunun "Şamaxı" - "Qarabağ" matçından (1:2) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, bu gün xarakter göstərmək lazım idi. İlk hissədə oyun daha çətin keçdi. Ümumi götürəndə, pis mübarizə aparmadıq. Təəssüf ki, oyunun sonlarında qollar buraxırıq. İlk hissədə də, ikincidə də… Futbolçulara bununla bağlı xəbərdarlıq edirik, amma təəssüf. Oyunçulardan bunu diqqətdə saxlamaqlarını istəyirdik. Sonda boşluq verdik və məğlub olduq. Qarşıdan gələn oyunlara hazırlaşacağıq".
– “Qarabağ”a qarşı kubok matçında aqressiv oyun oynadınız. Kubokun cavab oyununda daha aqressiv komanda görəcəyik?
– Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. Boşluqlardan istifadə etmək istəyirlər. “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Bütün oyunlarda formada olmaq istəyirəm. Ümumi götürsək, “Şamaxı” hər matç xarakter göstərir. Kubokun cavab görüşündə daha aqressiv oynamalıyıq.
– Son dəqiqələrdəki əvəzetmələrin məğlubiyyətə nə dərəcə təsiri oldu?
– Əvəzetmələrin səhv olduğunu deməzdim. Oruc özü əvəzetmə istədi, Kərim Rossi yorulmuşdu. Həmin anda müdafiədə boşluq yarandı. Komanda olaraq konsentrasiyamız çatmadı.
– Bəhlula verilməyən ikinci sarı vərəqə epizodu var. Nə düşünürsünüz?
– Məncə, ikinci “sarı” idi. Dirsək epizodu da var idi, müzakirə edilə bilər. Tam dəqiq baxmamışam. Bəlkə də, qaydalar çərçivəsindədir.
- Qurbanov Nərimanın gedişi barədə: "Onu da başa düşmək lazımdır"
- Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?
- "Qarabağ"dan çempionluq uğrunda kritik üç xal - YENİLƏNİB
- "Qarabağ"ın matçının vaxtı DƏYİŞDİRİLDİ
- Enrike Silva: "Sabah" və "Qarabağ"a yaxınlaşmağa çalışmalıyıq"