Azərbaycan çempionatının daha bir matçı təxirə salındı
27.02.2025 - 11:15
Azərbaycan çempionatının daha bir matçı təxirə salındı

Futbol üzrə Azərbaycan çempionatının I Liqasında daha bir matç təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu gün keçirilməli olan "Mingəçevir" - "Difai" oyunu baş tutmayacaq.

Bunu "nur şəhəri" təmsilçisinin mətbuat xidməti açıqlayıb. Səbəb qarlı hava şəraiti olub. 

Görüşün yeni vaxtı və digər detallarla bağlı əlavə məlumatın verilməsi gözlənilir.