Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılarla görüş keçirilib.
Apasport.az xəbər verir ki, federasiyanın baş katibi Fərid Xəlilovun iştirakı ilə baş tutan yığıncaqda idmançıların son nailiyyətləri müzakirə olunub və qazandıqları yeni idman dərəcələri onlara təqdim edilib.
Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təsdiq olunmuş rəsmi idman dərəcələrini əks etdirən vəsiqələr öz sahiblərinə çatdırılıb.
Aliyə Əliyeva, Lalə Əbdürəhmanova və Dilguşə Sadıqovaya "İdman ustalığına namizəd" (İUN), Lalə İsmayılova, Sona Rüstəmli və Nurlan Rəhimliyə isə "I dərəcə" vəsiqələri təqdim olunub.
Görüş zamanı baş katib Fərid Xəlilov idmançıları əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, bu dərəcələrin onların peşəkar karyerasında mühüm mərhələ olduğunu vurğulayıb.
Bildirilib ki, idmançıların növbəti hədəfi daha yüksək pillə olan "İdman Ustası" dərəcəsinə yiyələnmək və beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etməkdir.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb