Azərbaycan Kuboku: Final oyununda son iki mövsümün rekordu qeydə alınıb
02.06.2025 - 11:27
Azərbaycan Kuboku: Final oyununda son iki mövsümün rekordu qeydə alınıb

Azərbaycan kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib.

Apasport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddur.

Kubokun 2023/24 və 2024/25 mövsümlərində bu qədər izləyici qeydə alınmamışdı.

Daha çox tamaşaçının olduğu son matç 2022/23 mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.