Üzgüçülük üzrə növbəti Dünya Kuboku 2026-cı ilin oktyabr ayında Bakıda keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində üzgüçülük üzrə “Silk Way” (İpək Yolu) Dünya Kubokunun ölkəmizin paytaxtında keçiriləcəyinə dair müqavilə imzalayıblar.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi Bakı Su İdmanı Sarayında baş tutacaq. Digər mərhələlər Özbəkistanda (Daşkənd, 8-10 oktyabr) və Qazaxıstanda (Astana, 15-17 oktyabr) keçiriləcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib