Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
20.04.2026 - 14:04
Azərbaycanlı alpinist İsrafil Aşurlu 8000 metrdən yüksək növbəti zirvəyə qalxıb.
Apasport.az xəbər verir ki, o, 8091 metr hündürlüyü olan Annapurna zirvəsini fəth edib və bununla da səkkizminlik zirvələr üzrə sayını 9-a çatdırıb.
Aşurlu daha əvvəl Everest də daxil olmaqla bir sıra yüksək dağ zirvələrinə qalxıb.
O, həmçinin keçmiş SSRİ ərazisində yerləşən bütün 7000 metrlik zirvələri fəth edən ilk azərbaycanlı alpinistdir.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0