"Barselona" son 6 ildə ilk dəfə bunu bacarıb
06.03.2025 - 10:33

"Barselona" Çempionlar Liqasının 1/8 finalında "Benfika"ya qalib gəlib (1:0).
Apasport.az xəbər verir ki, Kataloniya klubu Pau Kubarsinin meydandan qovulması ilə 22-ci dəqiqədən 10 nəfər qalsa da, qol vurmağı və qapısını toxunulmaz saxlamağı bacarıb.
2019-cu ildən bəri ilk dəfə "Barsa" Çempionlar Liqasının pley-off matçında qol buraxmır.
Kataloniyalı qapıçı Voyçex Şesni Lissabonda "Benfika"nın 8 zərbəsinin qarşısını alıb. Matçın yeganə qolunu Rafinya Diaz matçın 61-ci dəqiqəsində vurub.
Qeyd edək ki, qarşılaşmanın cavab oyunu martın 11-də baş tutacaq.
0
0