
“Bayer”in icraçı direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olmaları barədə danışıb.
Apasport.az xəbər verir ki, o, "Qarabağ"ın "Braqa"nı mübarizədən kənarlaşdırdığını xatırladıb.
Funksioner Ağdam klubunu ciddi rəqib kimi qəbul etməli olduqlarını bildirib: "Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq. Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. "Qarabağ"la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var".
Qeyd edək ki, "köhlən atlar" martın 7-də doğma azarkeşləri önündə, bir həftə sonra isə cavab qarşılaşmasında Almaniyada daha bir tarix yazmaq üçün mübarizə aparacaqlar.