Bir gündə "Qarabağ" "Ayaks" matçına 18500 bilet satılıb
18.10.2024 - 16:31
Bir gündə "Qarabağ" "Ayaks" matçına 18500 bilet satılıb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.

Apasport.az xəbər verir ki, bir günə 18 500 bilet satılıb.

Ötən gün satışa çıxarılmış biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

0