
“Şamaxı”nın fransalı legioneri Brahim Konate apasport.az saytına müsahibə verib.
- Milli komandalara görə çempionata fasilə verilmişdi. Azərbaycanı tərk etmişdiniz, yoxsa Şamaxıda qalmışdınız? Hazırlıq necə keçdi?
- Hər şey yaxşı keçdi. Məşqlərimizi etdik və çempionatın qalan hissəsinə hazırlaşdıq. Fikrimcə, liqanın qalan matçlarına hazırıq. Bir neçə günlük Azərbaycanı tərk edərək, Fransaya qayıtmışdım. Amma sonradan geri qayıtdım və komandanın məşqlərinə qoşuldum.
- Hazırlıq zamanı Ayxan Abbasov “Şamaxı” düşərgəsində yox idi. Çünki U-21 yığmasına baş məşqçi təyin edilib və onlarla Türkiyədə toplanışda idi. Bu komandaya təsir etdi?
- Komanda onun yoxluğunda da hazırlıq zamanı yaxşı məşqlər keçdi. Hər şey yaxşı qaydada alındı. Onun yığmaya gedişinə gəlincə, onun adına çox şadam. Bu, onun yaxşı iş gördüyünü sübut edir. Ayxan Abbasova U-21 yığmasında da uğurlar arzu edirəm.
- “Şamaxı” hazırda 28 xalla turnir cədvəlinin 8-ci pilləsindədir. Premyer Liqanı tərk etmək təhlükəsini hiss edirsiniz?
- Biz uğurlu nəticələrə fokuslanmışıq. Yaxşı nəticələrlə müsbət dinamikadayıq. Əgər belə davam etsək, Premyer Liqada qalmaq yolunda hər şey yaxşı olacaq. Komandamıza çox inanıram. Yaxşı kollektivimiz var və bu işin öhdəsindən gələ bilərik.
- “Şamaxı” bu turda “Zirə"nin qonağı olacaq. Rəqib meydançasında qalib gələ biləcəksiz?
- Dediyim kimi, biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz dəyişmir. Fasilə zamanı yaxşı hazırlaşmışıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.
- Bu komandanı mövsümün ilk dövrəsində səfərdə 1:0 məğlub edə bilmişdiniz...
- Həmin oyunu xatırlayıram. Yaxşı, gərgin oyun alınmışdı. Təbii ki, “Zirə”nin gücünüə bələdik, yaxşı komandadır. Sadəcə dediyim kimi, bizim məqsədimiz dəyişmir, hər matçdan xal qazanmaq istəyirik.