Cəlal oynadı, komandası qələbə qazandı
25.10.2024 - 18:33

Bolqarıstan çempionatında 13-cü turun bir sıra oyunları baş tutub.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” öz meydanında “Septemvri”ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hüseynov 66-cı dəqiqədə meydana buraxılıb. Hazırda “Arda” 21 xalla 6-cı pillədə qərarlaşıb.
0
0