Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub
04.07.2024 - 16:55

“Araz-Naxçıvan” futzal komandasının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, son ölkə çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” ( Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, qarşılaşmalar avqustun 20-25-də keçiriləcək. Hər qrupun oyunu bir ölkədə təşkil olunacaq. Reqlamentə əsasən, yalnız qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaqlar.
0
0