Çempionlar Liqasının əsas mərhələsinin topu təqdim edilib
28.08.2024 - 13:17

Avropanın ən prestijli futbol turniri olan UEFA Çempionlar Liqasının əsas mərhələsinin topu təqdim edilib.
Apasport.az xəbər verir ki, liqa mərhələsinin topu UEFA-nın rəsmi partneri olan "Adidas" tərəfindən hazırlanıb və turnirin rəmzi olan ulduzlu dizaynla bəzədilib.
Topun əsas rəngləri arasında mavi və ağ tonları ön plandadır.
Yeni top liqa mərhələsində iştirak edən komandalar tərəfindən ilk dəfə keçiriləcək oyunlarda istifadə olunacaq.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsi sentyabr ayında başlayacaq.
- Elmar Baxşıyev: “Rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik”
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
- “Araz-Naxçıvan” Türkiyə klubunu darmadağın etdi - 14:0
- Voyislav Stankoviç: "Legioner limitinin ləğvi..."
- "Şamaxı" müdafiəçisi ilə yollarını ayırıb - RƏSMİ
0
0