D kateqoriyalı məşqçi kurslarına yekun vurulub
18.10.2024 - 14:49
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Ağcabədidə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində baş tutan kurs ümumilikdə 3 gün davam edib.
Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub.
Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.
- Azərbaycan futbolunda növbəti biabırçılıq - komanda meydana 10 nəfərlə çıxıb
- "Neftçi" millinin üzvünü heyətinə qatmaq istəyir - Özəl
- Branimir Subaşiç: "Bu cür nəticə heç kimə xoş deyil"
- Polşalı sabiq qapıçı: "Koxalskiyə adaptasiyası üçün vaxt lazımdır"
- II Liqada "Ayın qolu" layihəsinin ilk qalibi mükafatlandırılıb
0
0