D kateqoriyalı məşqçi kurslarına yekun vurulub
18.10.2024 - 19:25

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Ağcabədidə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Apasport.az xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində baş tutan kurs ümumilikdə 3 gün davam edib.
Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub.
Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.
0
0