[b]DÇ-2018: Nə qədər bilet satılıb?[/b]
07.06.2018 - 20:47
DÇ-2018-in başlamsına sadəcə bir həftə vaxt qalıb. Apasport.az saytının məlumatına görə, FİFA satılan biletlərin sayını açıqlayıb.
Belə ki, dördilliyin ən böyük futbol yarışının ötən ilin sentyabrından satışa çıxarılan biletlərindən 2 milyon 403 min 116-sı satılıb.
Bunlardan böyük hissəsini (871 797) yerli fanatlar əldə ediblər. Ən çox bilet alan ölkələrin içərisində ABŞ, Braziliya, Almaniya, Meksika, Argentina, Peru və Çin də var.
Qeyd edək ki, ali futbol qurumu iyunun 8-də daha 100 min biletin satışa çıxarılacağını elan edib.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0