Diniyev oynadı, komandası 1 xal qazandı
29.03.2025 - 20:28
Diniyev oynadı, komandası 1 xal qazandı

Coşqun Diniyev Türkiyə I Liqasında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Çorum" "Pendikspor"un qonağı olub.

31-ci tur çərçivəsində keçirilən qarşılaşma məhsuldar alıb. Komandalar hərəyə iki dəfə fərqəniblər. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Ehiyatda qalan Coşqun meydana 46-cı dəqiqədə daxil olub. 

Qeyd edək ki, Diniyevin komandası bu nəticədən sonra 46 xalla 7-ci pillədə qərarlaşıb.