Elnur Çovdarov: “Çalışdıq nəsə edək, alınmadı”
30.03.2025 - 21:09
Elnur Çovdarov: “Çalışdıq nəsə edək, alınmadı”

Misli Premyer Liqasının XXVIII turunun "Zirə" - "Şamaxı" matçından (3:0) sonra qonaqların məşqçisi Elnur Çovdarovun mətbuat konfransı keçirilib.

"İlk öncə hamını bayram münasibətilə təbrik edirəm. Bilirik ki, çempionatın ən sərt komandasına qarşı oynadıq. Çalışdıq nəsə edək, alınmadı. Hücumçumuz Maykl son məqamda özün nasaz hiss elədi. Ona görə də, bura itki ilə gəldik. 1-ci hissədə Vladislavın zədələnməsi, Mikelsin oyuna tam hazır olmaması planlarımızı pozdu. 2-ci hissəyə yaxşı başlamadıq. Sadə səhvlərdən qollar buraxdıq. Dəyişiklik etmək istədik. Amma alınmadı. "Zirə"ni təbrik edirəm".