Elşad Quliyev: “Ümidimiz, arzumuz dünya çempionu olmaqdır”
30.05.2025 - 21:38
Elşad Quliyev: “Ümidimiz, arzumuz dünya çempionu olmaqdır”

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində Azərbaycan yığması Monteneqro millisini 2:1 hesabı ilə məğlub edib. 

Apasport.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev bir sıra açıqlamalar verib:

"Xalqımızı təbrik edirəm. Möhtəşəm qələbədir. Dünya çempionatının finalındayıq. Bilmirəm necə hisslərdir. Azarkeşlər bizə böyük dəstək oldular. Final oynayacağıq. Bundan xoşbəxt gün ola bilməz".

- Demək olar ki, finalda hansı rəqib olsa da, biz çempionuq?
- Bunu finaldan sonra danışarıq. Bu gün finala yüksəlməyin ləzzətini çıxarmaq lazımdır.

- Finaldakı potensial rəqiblərin oyununu izləyəcəksiz?
- Bəli. Ümidimiz, arzumuz dünya çempionu olmaqdır.