
“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu Felipe Santos Apasport.az saytına müsahibə verib.
- “Araz-Naxçıvan” son turda “Qəbələ” ilə qarşılaşdı və qalib gəldi. Oyun sizin üçün necə keçdi?
- Həqiqətən də çətin oyun oldu. Amma bu cür olacağı da dəqiq idi. Çünki “Qəbələ” də yaxşı komandadır. Doğrudur, Premyer Liqaya yeni qayıdıblar. Lakin yaxşı kluba qarşı oynadıq və sonda qələbə qazandıq.
- Bu qədər çətin olacağını ehtimal edirdiz?
- Çətin oyun oldu. Amma qalib gəlməyi bacardıq. "Qəbələ" bizdən öncə fərqləndi. Lakin biz iki qol vuraraq, qalib gəlməyi bacardıq. Komandamızın bu tip oyunları oynamaq üçün təcrübəsi var. Mənim üçün yaxşı oyun olmadı. Vacib olan qalibiyyət idi, onu da qazandıq.
- Komandanın bu mövsüm əsas hədəfi nədən ibarətdir?
- Təbii ki, biz ən yaxşı nəticələr üçün oynayırıq. Oyunlara da uğurlu nəticə qazanmaq üçün çıxırıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınar və sonda istədiyimizi əldə edərik. Amma indi qarşıdakı görüşü düşünürük.
- Milli komandaların oyunlarına görə çempionata fasilə veriləcək. Bunun özünüz üçün müsbət, yoxsa mənfi olduğunu düşünürsən?
- Bəli, çempionata görə fasilə veriləcək. Komanda olaraq hazırlaşacağıq. Hər halda, əskiklər üzərində işləyəcəyik.
- Fasilədən sonra, 4-cü turda “Kəpəz”lə oynayacaqsınız. Bu matçda necə, qələbə qazanmaq mümkün olacaq?
- Bəli, növbəti turda "Kəpəz"lə üz-üzə gələcəyik. Amma indi dediyimiz kimi, qarşıda fasilə var. Hər halda, “Kəpəz”ə qarşı çətin oyun olacaq. Çünki hər bir komanda bizi udmağa çalışır. İstirahət etdikdən sonra yenidən məşqlərə başlayıb, oyuna hazırlaşacağıq.